Baş məşqçisi Mustafa Reşid Akçayı istefaya göndərən "Trabzonspor" onun yerinə namizəd axtarışlarına başlayıb. Səhər saatlarında “Xəzər-Lənkəran”ın başında olan Mustafa Dənizlinin Trabzon klubu ilə anlaşa biləcəyi iddia olunsa da, qardaş ölkə mətbuatı indi də yeni bir iddia ilə çıxış edib.
Futbolinfo.az xəbər verir ki, mediada Türkiyə millisinin keçmiş baş məşqçisi Abdullah Avcının “Trabzonspor”un başına keçəcəyi qeyd olunub.
Rəhbərliyin təcrübəli çalışdırıcı ilə danışıqlara başladığı bildirilir. Avropa Liqasında "Yuventus"la oyuna qədər Avcının komandada olmasını istəyən klub ona müqavilə təklif edib.
Avcı klub prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşdükdən sonra qərar verəcək.





