Bu gün bütün klubların baş məşqçiləri AFFA-ya çağırılıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb qarşıdan gələn AFFA-nın növbəti konfransı öncəsi mühüm məsələlərdən biri ilə bağlı klubların mövqeyini öyrənməkdi.
 
Məlum olduğu kimi, gələn mövsümdən klublar heyətdə ən azı iki 21 yaşadək futbolçu oynatmalıdı. Amma bəzi elita təmsilçiləri bununla razılaşmır. Məhz bu üzdən AFFA klubların çalışdırıcılarını yığaraq onların fikrini öyrənmək istəyir ki, qarşıdan gələn konfransda hər kəsi razı salacaq qərar qəbul olunsun.
 
Maraq üçün bildirək ki, 2 saatdı davam edən gərgin müzakirələrdə yığmamızın baş məşçqisi Berti Foqts da iştirak edir.
Shares: