Almaniya millisinin qapıçısı Manuel Noyer yayda yığması ilə birlikdə yollanacağı DÇ-2014 haqda danışıb. Futbolinfo.az xəbər verir ki, qolkiper millilər arasında dünyanın ən nüfuzlu turnirində məhz özlərinin favorit olduğunu açıqlayıb:
"Çox güclü qrupda qərarlaşmışıq. Ancaq Almaniya millisi bütün rəqiblərinə qalib gəlmək iqtidarındadı. Almaniya dünya çempionatının əsas favoritlərindən biridi. Cənubi Amerika təmsilçilərini də bu siyahıya qatmaq olar. Braziliyaya gəldikdə, "sambaçılar" da qızıl medalları qazanmağa namizəddi. Lakin Argentina və Uruqvayı da siyahıdan silmək olmaz".
Almaniya mundialda G qrupunda Portuqaliya, Qana və ABŞ yığmaları ilə mübarizə aparacaq.





