“Barselona” rəhbərliyi müdafiə xəttində yaşadığı problemlərə daha birini əlavə etməmək üçün indidən işini möhkəç tutub. Futbolinfo.az xəbər verir ki, katalonlar komandanın öz akademiyasında yetişən Martin Montoya ilə müqaviləni yeniləək qərarına gəliblər.
Müdafiəçinin hazırki müqaviləsi yayda qüvvvədən düşəcəyindən tərəflər yeni razılıq əldə edib. Yaxın günlərdə rəsmiləşəcək sazişə əsasən Montoya daha 2 il “Barselona”da çıxışını davam etdirəcək.
Xatırladaq ki, Martinlə “Roma” da maraqlanırdı.





