Hazırda davam edən "Simurq" – "İnter" matçınının 36-cı dəqiqəsində gözlənilməz dəyişiklik baş verir. Futbolinfo.az saytının Zaqatalaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ev sahiblərinin baş məşqçisi George Çxradze ayağından zərbə alan və bundan sonra oyunu heç cür alınmayan Murad Səttalının əvəzinə meydana Rəşad Eyyubovu daxil edib.
Səttarlının isə əvəzlənərkən ehtiyat oyunçular skamyasına yox, birbaşa paltardəyişmə otağına yollanması diqqətlərdən yayınmayıb.
 
Ümumiyyətlə "Simurq"un baş məşçisi "bankirlər"ə qarşı meydana heç də ənənəvi heyəti çıxarmayıb. Gözlənilmədən qapını Amil Ağazacanova etibar edən Çxradze, müdafiə xəttinin əsas üzvlərindən olan Anderson Oliveyranın da xidmətindən məhrum olub. Buna isə brazilyalı müdafiəçinin "İnter"lə matç öncəsi məşq prosesində zədələnməsi səbəb olub. 
Shares: