Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp komandanın zədəli ulsduzu Marko Roysun vəziyyəti haqda məlumat verib. Futbolinfo.az xəbər verir ki, o, alman yarımmüdafiəçi ilə bağlı riskli qərar verməyəcəyini deyib:
"Roysun səhhəti ilə risk etmək fikrində deyilik. Digər tərəfdən də sağlam futbolçunu meydandan kənarda qoymaq da istəmirik. Bu səbəbdən də qəti söz söyləmək mümkün deyil. Bəlkə də belə hava əzələlərə daha xeyirlidi. Gündoğan isə formasını yığmaq üçün hələ çalışmalıdı".





