“Böyük Dəbilqə” seriyalı turnirlərin 22 qat  qalibi və dünya reytinqinin keçmiş bir nömrəsi Rafael Nadal futbolçular – Tibo Kurtua və Cud Bellingemin tennis kortunda səviyyəsini qiymətləndirib.

Xatırladaq ki, dünən Nadal, Yannik Sinner və “Real”ın oyunçuları Madrid klubunun ev arenasında quraşdırılmış kortda birlikdə məşq keçiblər.

“Madrid və “Real” Madrid turnirinə təşəkkürlər. Bernabeuda bu unikal kortdan zövq almaq xoş idi. Tibo və Cudun ifasında əla səviyyə”, – deyə Nadal sosial mediada yazıb.

“Masters” turniri 22-3 may tarixlərində Madriddə keçirilir. Xüsusi layihə çərçivəsində bəzi oyunçuların məşq etdiyi “Santyaqo Bernabeu”da torpaq kort quraşdırılıb.

Shares: