“Real”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər zədəsinə baxmayaraq, Dünya Çempionatında oynaya biləcək. Bu barədə tanınmış jurnalist Fabrisio Romano sosial mediada məlumat verib.

Gülər İspaniya La Liqasının 33-cü turunda “Alaves”ə qarşı oyunu buraxmışdı. “Real” həmin oyunda 2:1 hesabı ilə qalib gəlmişdi. Klub oyunçunun sağ ayağında bud sümüyünün zədələndiyini açıqlayıb. Mənbənin məlumatına görə, zədə onun Türkiyə ilə 2026-cı il Dünya Çempionatında iştirakına mane olmayacaq.

Türkiyə Dünya Çempionatında D qrupunda ABŞ, Paraqvay və Avstraliya milli komandaları ilə oynayacaq.

Shares: