AFFA futbolun müxtəlif sahələri üzrə təlimçi bazasının və şəbəkəsinin formalaşdırılması üçün çağırış elan edir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanda futbolun əsas hədəf auditoriyasının potensialının artırılması məqsədilə təlim və inkişaf fəaliyyətlərinin icrası üçün təlimçi bazası formalaşdırılır.
Bu təşəbbüs AFFA-nın uzunmüddətli təhsil strategiyasının bir hissəsi olaraq ölkədə keyfiyyətli, sistemli və davamlı futbol təhsil mühitinin inkişafına xidmət edir.
Kimlər müraciət edə bilər?
Futbolun aşağıda qeyd edilən və digər sahələri üzrə təcrübəsi olan, müvafiq təhsilə və ya sertifikatlara sahib və təlimçilik təcrübəsi olan şəxslər müraciət edə bilər.
Seçilmiş şəxslər:
AFFA-nın platformaları vasitəsilə futbol ictimaiyyətinə töhfə vermək imkanı əldə edəcək;
AFFA-nın ehtiyaclara uyğun müxtəlif təhsil proqramlarında təlimçi qismində iştirak edəcək;
Müxtəlif formatda təlimlər keçəcək (oflayn, onlayn və ya hibrid);
Qısa və uzunmüddətli əməkdaşlıq imkanları əldə edəcəklər.
Xaricdə yaşayan və Azərbaycan dili biliklərinə malik futbol mütəxəssisləri də müraciət edə bilərlər.
Aşağıdakı sahələr üzrə müraciətlər qəbul edilir:
İdman psixologiyası
Uşaq müdafiəsi və təhlükəsizliyi
İlkin tibbi yardım və zədələrin qarşısının alınması
Anti-dopinq
Klub və akademiya idarəçiliyi
Futbolda marketinq və kommunikasiya
Futbolda media və PR işinin təşkili
Futbolda maliyyənin idarəedilməsi
Futbol meydançasının qazon örtüyünün baxımı
Futbolda oyun analizi (video analatika)
Məşqçilik (UEFA məşqçilik yolu üzrə əsas istiqamətlər – D, C, B, A, Pro)
Məşqçilik (UEFA məşqçilik yolu üzrə ixtisaslaşmış istiqamətlər – qapıçı, fitness, futzal və s.)
Futbolda skoutinq
İstedadların aşkarlanması
Digər
Tələblər
Müraciət etdiyi sahəyə uyğun təhsil və ya sertifikat;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Təlimçilik üzrə təcrübə;
Müraciət etdiyi sahə üzrə təlim vəsaitlərinin və sillabusun (tədris proqramının) olması üstünlükdür;
Səlis Azərbaycan dili bilikləri.
Seçim prosesi:
Namizədlərin ərizələri təhsil, təcrübə və bacarıqları əsasında qiymətləndiriləcək;
Uyğun namizədlərlə müsahibə keçiriləcək;
Seçilmiş şəxslər AFFA-nın təlimçi bazasına daxil ediləcək.






