40 yaşlı qapıçı Manuel Noyer “Bayern”lə müqaviləsini daha bir mövsüm uzadacaq. Bu barədə tanınmış jurnalist Maksimilian Kox məlumat verib.

Klubla oyunçu arasında artıq razılıq əldə edilib. Müqavilənin uzadılmasının rəsmi təsdiqi yaxın müddətdə açıqlanacaq.

Noyer hazırda əla formadadır və klub ondan çox məmnundur. Noyer və Yonas Urbiq gələn mövsüm də komandanın qapıçıları olacaqlar.

Noyer bu mövsüm Bundesliqada 21 oyun keçirib və 19 qol buraxıb.

Shares: