"Mənim üçün dünyanın ən yaxşı futbolçusu Ronaldodu. Hazırda həm Çempionlar Liqasında, həm də La Liqada bombardirdi. Texniki cəhətdən də ən yaxşısı Kriştianudu. Bu baxımdan "Qızıl Top" mükafatını Ronaldonun qazanmalı olduğunu düşünürəm".
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya mətbuatında açıqlamasında deyib. İl sona yaxınlaşdıqca “Qızıl Top”a namizədlər arasındakı mübarizə də qızışır.
Qeyd edək ki, qalibin adına yeni ilin yanvarında aydınlıq gələcək.





