Bu gün Türkiyə mətbuatında “Fənərbaxça”nın baş məqşçi Ərsun Yanalın infarkt keçirməsi ilə bağlı xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, daha sonra isə “sarı-lacivərdlər” məsələ barəsində rəsmi açıqlama verməklə azarkeşlərini sevindirib.
Rəhbərlik Yanalın səhhətində heç bir problem olmadığını, lakin həkim məsləhəti ilə onun ürəyinə stend aparatı qoyulduğunu açıqlayıb. Hazırda baş məşqçi istirahət edir.
Güman edilir ki, Ərsun Yanal “Fənərbaxça” – “Qalatasaray” oyununa kimi sağlamlığını bərpa edəcək.





