“Çətin oyun olacağını əvvəlcədən deyə bilərəm. Çünki “Qəbələ”nin güclü heyəti var. Xüsusilə hücum xətti daha yaxşı təsir bağışlayır”.
Bu sözləri Futbolinfo.az saytına müsahibəsində “Xəzər Lənkəran”ın qolkiperi Duqlas Leyte deyib. Topaz Premyer Liqasının 13-cü turunda “Qəbələ”ni qəbul edəcək "ağ-yaşıllar"ın qapıçısı bu oyunda qələbə qazanmağa məcbur olduqlarını dilə gətirib:
“Hazırki vəziyyətimiz bizi ancaq qələbə qazanmağa məcbur edir. Bu mövsüm komandam ev oyunlarında cəmi bir qələbə qazanıb. Bu uğursuz ənənəyə artıq son qoymalıyıq. Bizim azarkeşlər Azərbaycanda bir nömrəlidi. Onlara qələbə borcumuzu qaytarmalıyıq. Fanatlarımız daim sevinməyə layiqdilər"!





