Topaz Premyer Liqasının 13-cü turunun "İnter" – "Simurq" matçından sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze jurnalistlər tərəfindən boykota məruz qalıb. Futbolinfo.az xəbər verir ki, qolsuz başa çatan görüşdən sonra öncə media əhlinin önünə "Simurq"un baş məşqçisi Georgi Çixradze çıxıb.
 
Sxadadzenin mətbuat konfransına isə cəmi iki jurnalist qalıb. Gürcü mütəxəssis konfrans zalında həmin iki həmkarımızın olduğunu görüncə, "bəs siz məni boykot edirdiniz" sualını ünvanlayıb. Onun bu sözündən sonra həmin jurnalistlər də zalı tərk ediblər. Beləcə, Sxadadzenin mətbuat konfransında media əhlindən heç kim olmayıb.
Shares: