Almaniya Bundesliqsının cari turunu məğlubiyyətlə başa vuran "Borusiyya"ya (Dortmund) bir pis xəbər də bu matçda zədələnən müdafiəçisindən gəlib. Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Neven Subotiç uzun müddətə sıradan çıxıb.
 
Həkimlərin müayinəsindən sonra Subotiçin may ayına kimi oynamasının çətin olduğu bildirilib. Futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağını nəzərə alan rəhbərlik qışda heyətə yeni stopper qata bilər.
Shares: