"Sumqayıt"ın hücumçusu Vüqar Əsgərovun futbolinfo.az saytına müsahibəsi
– Topaz Premyer Liqasının 13-cü turunda "Rəvan"la qarşılaşdınız. Heç-heçə başa çatan bu oyun haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Yaxşı oyun oldu. Mənim çox xoşuma gəldi. Bu oyundan zövq aldığımı deyə bilərəm.
– Amma siz yalnız oyunun 20 dəqiqəsində meydanda oldunuz və komandanıza kömək edə bilmədiz…
– Düzdü, mən 20 dəqiqə meydanda oldum. Komandama kömək etmək üçün meydana daxil olmuşdum. Təəssüf edirəm ki, bunu bacarmadım. Futbolda belə şeylər də olur.
– Baş məşqçi haqda nə deyə bilərsiz? Cari mövsümdə yalnız bir dəfə qələbə qazanmısız…
– Baş məşqçimiz yaxşıdı. Məşqlərimiz qaydasında keçirilir. Sadəcə, qələbə qazana bilmirik. İnşallah, bundan sonra qələbə də qazanarıq.
– "Sumqayıt" bu gedişlə növbəti mövsümü 2-ci Divizonda keçirə bilər…
– Düzdü, biz hazırda son pillədə qərarlaşmışıq. Lakin bizim qarşımıza məqsəd qoyulub. Biz Premyer Liqada qalmaq üçün mübarizə aparırıq.
– Yığmamızın Estoniya və Qırğızıstanla qarşıdakı yoxlama matçları üçün heyət açıqlansa da, siz həmin siyahıda yer almadınız. Niyə?
– Hər kəs millidə oynamaq istəyər. Foqts məni milliyə çağırmadı. Deməli, məsləhət görməyib. Amma mən də millinin şərəfini qorumaq istərdim.
– Hər kəs millidə oynamaq istəyər. Foqts məni milliyə çağırmadı. Deməli, məsləhət görməyib. Amma mən də millinin şərəfini qorumaq istərdim.
– Növbəti turda "Simurq"la qarşılaşacaqsız. Bu haqda nə deyə bilərsiz?
– Mən bir şeyi deyə bilərəm ki, hər oyun bizim üçün əhəmiyyətlidi. Ümid edirəm ki, qələbə qazanarıq və hər şey ürəyimizcə olar.
RÖVŞƏN ƏHLİMANOĞLU





