Futbol üzrə Fransa Liqa 2-də növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu  14-cü tur çərçivəsində səfərdə "Nyor"un qonağı olub.
 
Qarşılaşmanın 80-ci dəqiqəsinə qədər 0:2 hesabı ilə geridə olan "Lans" son 10 dəqiqədə əzmkar oyunla iki qol vuraraq səfərdən bir xalla dönüb.
 
Qeyd edək ki, bu heç-heçədən sonra "Land of Fire Azerbaijan" formalı komanda 26 xalla üçüncü pillədə qərarlaşıb.
Shares: