Futbol üzrə Azərbaycan yığmasının qarşıdakı yoldaşlıq oyununda rəqibi olan Qırğızıstan yığması yoxlama matçında qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, millimizin rəqibi Küveytin gənclərdən ibarət komandası ilə qarşılaşıb.
Qırğızlar bu görüşdə məğlubiyyətlə üzləşiblər. Qarşılaşma küveytli gənclərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan yığması Qırğızıstan komandası ilə görüşünü noyabrın 19-da Bişkekdə keçirəcək. Bundan öncə isə millimiz ayın 15-də Estoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.





