“Real”ın gənc yarımmüdafiəçisi İsko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, “Mançester Siti” 21 yaşlı futbolçunu transfer etmək istəyir.
Oyun təcrübəsinin az olması səbəbindən Qaret Beylla rəqabətdə uduzan İskonun komandadan ayrılacağı istisna olunmur. Məhz elə bu səbəbdən İskonun özü də verdiyi açıqlamasında keçmiş baş məşqçisi olan Manuel Peleqrini ilə yenidən birgə çalışmaq ehtimalı olduğunu bildirib.
Xatırladaq ki, “Mançester Siti” yay dtransfer pəncərəsində İskonu transfer etmək üçün “Malaqa”ya təklif göndərmişdi.





