İspaniya yığmasının bu həftə keçirəcəyi yoldaşlıq oyunlarının heyətində dəyişiklik edilib. Daha öncə Dieqo Kostanı Fernando Lorentenin əvəzləyəcəyini bildirmişdik.
Futbolinfo.az xəbər verir ki, indi də digər zədəli Sesk Fabreqası əvəzləyəcək oyunçunun adına aydınlıq gəlib. Söhbət elə Seskin komanda yoldaşı Mark Bartradan gedir. Visente del Boske “Betis”lə matçda zədələnən Fabreqası son vaxtlar diqqətləri üzərinə çəkən Bartra ilə əvəzləməyi ən düzgün variant hesab edib.
Xatırladaq ki, ispanları qarşıda 2 yoldaşlıq oyunu gözləyir. Onlar Ekvatorial Qvineya və Cənubi Afrika Respublikası yığmaları ilə görüşəcək.





