Futbol üzrə İngiltərə yığmasının kapitanı Stiven Cerrard öz gələcəyi və yığmanın vəziyyəti haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı təcrübəli futbolçu mundialdan sonrakı karyerası haqqında qərarsızdı.
 
1998-ci ildən “Liverpul” komandasının şərəfini qoruyan Cerrard onu da qeyd edib ki, yığmanın əsas məqsədi Dünya Çempionatında yaxşı çıxış etməkdir:
 
“Arzu edirəm ki, azərkeşlərimiz bizimlə qurur duysunlar. Ən azı ¼ finala yüksəlsək bu mümkün ola bilər. Öz karyerama gəlincə isə, mundialdan sonra nə edəcəyim barədə düşünməmişəm. Sadəcə futbolun yüksək keyfiyyətlərindən həzz almaq barədə düşünürəm. Heç vaxt düşünməzdim ki millidə 107 oyun oynayaram".
 
Maraq üçün qeyd edək ki, Stiven Cerrard İngiltərə yığmasında 107 oyun keçirib və 21 qolla yadda qalıb.
Shares: