Türkiyənin "Qalatasaray" klubunun keçmiş baş məşqçisi Fatih Terim "sarı-qırmızılar"ın "Fənərbaxça" ilə derbi matçını öz evindən izləyib. Futbolinfo.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Terim bu oyuna baxarkən çox əsəbləşib.
"İmperator" ləqəbli mütəxəssis derbi barədə fikirlərini də açıqlayıb: "Mən bu komandanı belə qoyub getməmişdim. Demək olar ki, "Qalatasaray" hər oyun qol buraxır. Mən 3 əhəmiyyətli derbini məğlubiyyətsiz başa vurmuşdum".
Xatırladaq ki, "Qalatasaray" Fatih Terimin başçılı altında çıxdığı son 15 derbi matçında cəmi 2 dəfə məğlub olmuşdu.





