"Barselona"nın futbolçusu Neymar komanda yoldaşı Lionel Messinin 2 aylıq olmasının onların oyunlarına böyük təsir edəcəyi düşünmür. Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu deyib ki, baş məşqçisi Xerardo Martino onu və Sesk Fabreqası oyunlara xüsusi hazırlaşdırır:
 
"Messinin yoxluğunda necə oynayacağımızla bağlı mütəmadi çalışırıq. Komanda olaraq çox yüksək səviyyəyə yüksəlib, azarkeşlərimizin istədiyi kubokları qazanmalıyıq. Messi mənim və komandadakı hər kəsin lideridir. Hər nə qədər sakit olsa da, o dahidi. Ən böyük arzum onunla çox oynamaqdı. Ancaq Messi yoxsa, biz varıq".
Shares: