Xəbər verdiyimiz kimi, "Bakı"nın U-15 komandası artıq Fransanın Lans şəhərindədi. Futbolinfo.az xəbər verir ki, dünən Lansda yağışlı hava olmasına rəğmən komanda səhər saatlarında ilk məşqini keçirib.
 
Üstəlik, “sarı-qırmızılar”ın məşqçisi Jan Pyer Lurisella qapıçılarla ayrıca hazırlıq keçib. Axşam isə “Bakı” “Lans”dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib. Klubun rəsmi saytı öncə komandamızın qarşılaşmadan qələbə ilə ayrıldığını xəbər versə də, sonradan məğlub olduğunu yazdı. Ən maraqlı məqamlardan biri də bu görüşün hansı hesabla bitdiyinə dair məlumatın verilməməsidi.
 
Bu gün “Bakı”nın yetirmələri “Disney Land”ə gəzintiyə çıxacaqlar. (klub saytı)

Shares: