Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda “Qəbələ”, “Mil-Muğan” və məşqçi Nadir Qasımovun müraciətlərinə baxılıb.
 
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ”nin U-17 komandasına “İnter" – "Qəbələ” oyununda verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərar qüvvədə saxlanılsın.
 
2. AFFA-nın İntizam Komitəsinin “Mil-Muğan”ın futbolçusu  Hacıyev Elşən Elman oğlu barədə çıxardığı qərar qüvvədə saxlanılsın.
 
3. AFFA-nın İntizam Komitəsinin “Şuşa”nın baş məşqçisi Nadir Qasımov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Baş məşqçi Nadiq Qasımov intizam tədbiri olaraq 5 oyunluq kənarlaşdırılsın, digən 5 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Nadiq Qasımov analoci hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
Shares: