Bu gün DÇ-2014-ün final mərhələsinə son vəsiqələr uğrunda qarşılaşmalara start verilir. Futbolinfo.az xəbər verir ki, 8 gün ərzində keçiriləcək 17 oyundan sonra Braziliyadakı mundialın bütün iştirakçıları bəlli olacaq.
Bu gün Asiyadan İordaniya Cənubi Amerika təmsilçisi Uruqvay, Şimali Amerikadan Meksika isə Okeaniya zonasının qalibi Yeni Zelandiya ilə görüşəcək. Matçlardan 5-i Afrika zonasında baş tutacaq. İlk qarşılaşmalarını oktyabrda keçirən “qara qitə” nin 10 təmsilçisindən 5-i mundiala vəsiqəni təmin edəcək. 4 pley-offda Avropa təmsilçiləri mübarizə aparacaq. Avropanın diqqəti isə “Kohnə qitə”nin 8 komandasının iştirakı ilə baş tutacaq matçlara yönələcək. Burada noyabrın 15-də ilk, 4 gün sonra cavab matçları keçiriləcək. Mundiala yollanacaq 4 komandanın müəyyənləşəcəyi bu matçlardan ən maraqlısı Portuqaliya ilə İsveç arasında olacaq. Nəticə etibarilə futbolsevərlər ya Kriştianu Ronaldo, ya da Zlatan İbrahimoviçi mundialda izləməyəcək.
Qitələrarası pley-off oyunları
13 noyabr
İordaniya – Uruqvay
Meksika – Yeni Zelandiya
Avropa zonası üzrə pley-off oyunları
15 noyabr
Yunanıstan – Rumıniya
Portuqaliya – İsveç
Ukrayna – Fransa
İslandiya – Xorvatiya
Afrika zonası üzrə 3-cü seçmə mərhələ, cavab oyunları
16 noyabr
Nigeriya – Efiopiya
İlk oyun – 1:2
Seneqal – Fil Dişi Sahili
İlk oyun – 1:3
17 noyabr
Kamerun – Tunis
İlk oyun – 0:0
19 noyabr
Misir – Qana
İlk oyun – 1:6
Əlcəzair – Burkina Faso
İlk oyun – 2:3
Avropa zonası üzrə pley-off oyunları, cavab oyunları
19 noyabr
Rumıniya – Yunanıstan
Xorvatiya – İslandiya
İsveç – Portuqaliya
Fransa – Ukrayna
Qitələrarası pley-off oyunları
20 noyabr
Yeni Zelandiya – Meksika
Uruqvay – İordaniya
Qeyd edək ki, artıq 21 iştirakçı məlumdu. Meydan sahibi Braziliyadan başqa ABŞ, Kosta-Rika, Honduras, İran, Cənubi Koreya, Yaponiya, Avstraliya, Argentina, Kolumbiya. Çili, Ekvador, Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya yığmaları DÇ-2014-ə vəsiqə qazanıb.





