İtaliya A Seriyasında daha bir baş məşqçi istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, Söhbət "Kyevo"nun çalışdırıcısı Cüzeppe Sanninodan gedir. Səbəb isə ənənəvi olaraq komandanın uğursuz çıxışıdı. Belə ki, "Kyevo"nun 12 turdan sonra 1 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə turnir cədvəlinin son pilləsində qərarlaşması rəhbərliyi qane etməyib.
Qeyd edək ki, bu A Seriyasında cari mövsüm 4-cü baş məşqçi istefasıdı. Buna qədər "Cenoa"da Fabio Liverani, "Kataniya"da Rolando Maran və "Sampdoriya"da Delio Rossi postundan ayrılmışdı.





