Rumın futbolunun tanınmış simalarından olan George Hacı yenidən baş məşqçi kimi fəaliyyət göstərməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, futbolçu karyerasını başa vurduqdan sonra Rumıniya millisi, "Bursaspor", "Qalatasaray", "Politexnika" və "Styaua"nı çalışdırmış rumın mütəxəssis məşqçilik karyerasını Rusiyada davam etdirəcək.
Rusiyanın "İzvestia" qəzetinin məlumatına görə, Hacı premier-liqa klublarından "Kuban" və "Terek"lə danışıqlar aparır. Rumın mütəxəssisin "Terek"in təklifini qəbul etmək niyyətində olduğu deyilir.
Qeyd edək ki, Hacı bir neçə gün əvvəl Ermənistan yığmasının təklifini rədd etmişdi.





