Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa olunmuş "Bayıl Arena"nın süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi. Futbolinfo.az xəbər verir ki, artıq beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.
FİFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il oktyabrın oktyabrın 13-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib. (AFFA)





