İngiltərə çempionatının 11-ci turunda “Mançester Yunayted”ə məğlub olan “Arsenal” bununla bir azarkeşinə böyük ziyan vurub. Belə ki, “topçular”ın fanatı mərcdə uduzduğuna görə evini itirib.
Futbolinfo.az xəbər verir ki, hadisə Uqandada baş verib. Henri Dabasani adlı şəxs Rəşid Yaqi ilə mərcə girib. Henri “Arsenal”ın, Rəşid isə mankunyanların qalib gələcəyini iddia edib. Əgər “Arsenal” qalib gəlsəydi, Rəşid “Toyota Premio” avtomobilini və həyat yoldaşını Henriyə verməli olacaqdı. Lakin mərcin qalibi Yaqi olub. Belə ki, görüşdə “M.Y.” qələbə qazandığından Yiqa dostları ilə birlikdə Dabasaninin evinə girərək onu qovub.





