Türkiyə millisinin Şimali İrlandiya və Belarusla keçirəcəyi hazırlıq matçları üçün heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "ay-ulduzlu"ların baş məşqçisi Fatih Terim komandaya doqquz yeni futbolçu çağırıb.
 
Bunlar "Rizəspor"dan Koray Altınayı, "Əskişəhərspor"dan Tarık Çamdalı və Aytaç Karanı, "Fənərbaxça"dan Salih Uçan, "Gənclərbirliyi"ndən Uğur Çiftçi, "Karabükspor"dan İshak Doğan, "Kasımpaşa"dan Adem Büyük, "Sivasspor"dan Aydın Karabulut və "Trabzonspor"dan Zeki Ayrazdı.
 
Qeyd edək ki, Türkiyə yığması bu gün Adanada Şimali İrlandiya ilə qarşılaşacaq.
Shares: