DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, 8 komanda 4 vəsiqə uğrunda mübarizəyə başlayıb. Cavab oyunları isə noyabrın 19-da baş tutacaq.
Ən maraqlı qarşılaşma Pireney yarımadasında baş tutub. Kriştiano Ronaldo kimi superstarın forma geyindiyi Portuqaliya yığması Zlatan İbrahimoviçli İsveçi sınağa çəkib. Matçın taleyini bir qol həll edib. 82-ci dəqiqədə fərqlənən Ronaldo komandasına evdə qələbə qazandırıb.
Frank Riberi, Kərim Benzema və digər dünya səviyyəli ulduzlarının yer aldığı Fransa millisi Ukraynada şok nəticəyə imza atıb. Belə ki, ukraynalılar Roman Zozulya və Andrey Yarmolenkonun (penalti) qolları ilə qələbə qazanıb.
Türkiyə yığmasının yer aldığı qrupda ikinci pilləni tutan Rumıniya binici yeri Bosniya və Herseqovinaya uduzan Yunanıstanla səfərdə üz-üzə gəlib. Meydan sahibləri evdə 3:1 hesablı qələbəni bayram edib. Yunanıstan yığmasının heyətində Konstantinos Mitroglou dubl edib, Dimitrios Salpingidis bir qol vurub. Rumıniyanın qoluna isə Boqdan Stanku imza atıb.
Pley-off mərhələsinin digər oyununda isə İslandiya Xorvatiyanı sınağa çəkib. Matç 0:0 hesabı ilə başa çatıb.
DÇ-2014-ə vəsiqə uğrunda pley-off oyunları
15 noyabr
İslandiya – Xorvatiya 0:0
Portuqaliya – İsveç 1:0
Qol: Kriştiano Ronaldo, 82.
Ukrayna – Fransa 2:0
Qollar: Roman Zozulya, 61. Andrey Yarmolenko, 82-pen.
Yunanıstan – Rumıniya 3:1
Qollar: Konstantinos Mitroglou, 14; 67. Dimitrios Salpingidis, 21 – Boqdan Stanku, 19.





