Londonun "Arsenal" klubu qapıçısı Voyçax Şesni ilə müqaviləni təzələyib. Futbolinfo.az xəbər verir ki, sözləşmə müddəti mövsümün sonunda bitəcək polşalı qolkiperlə 7 illik saziş bağlanıb.
 
Klubun baş məşqçisi Arsen Venger açıqlamasında gənc qapıçıya hər zaman inandığını deyib: " O, çox bacarıqlı futbolçudu. Ümid edirəm ki, gələcəkdə "Arsenal"ın əfsanəvi oyunçularından biri olacaq".
 
Şesni isə daha 7 il "Arsenal" forması geyəcəyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
Shares: