“Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi Çili yığmasının və "Barselona"nın forvardı Aleksis Sançes haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, Runi Sançesin İngiltərə – Çili qarşılaşmasındakı çıxışını çox bəyənib.
O, yaxın gələcəkdə forvardın dünya ulduzuna çevriləcəyini bildirib: "Sançes bizimlə oyunda bir daha sübut etdi ki, güclü futbolçudu. O, həm Çili yığmasında, həm də "Barselona"da yüksək səviyyədə çıxış edir. Düşünürəm ki, Aleksis yaxın gələcəkdə böyük futbolçu ola bilər. Ancaq bunun üçün üzərində çox işləməlidi".
Qeyd edək ki, Sançes İngiltərə yığması ilə keçirilən yoldaşlıq görüşündə dubla imza atmışdı.





