Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari yoxlama oyununda Hondurası 5:0 hesabı ilə darmadağın etdikləri görüşdən sonra mətbuata danışıb. Futbolinfo.az xəbər verir ki, Skolari komandasının mundialı qazanmağa qadir olduğunu qeyd edib:
"5:0 hesabı meydanda baş verənləri əks etdirmir. Sərgilədiyimiz oyuna əsasən biz 2, ya da 3:0 hesabı ilə qələbə qazanmalı idik. Əlimizə düşən hər imkanı qola çevirdiyimiz üçün hesab arasındakı fərq 5 top oldu. Komandamın çıxışından tam razıyam. Mühüm turnir öncəsi komandamızın üzərində heç bir təzyiq yoxdu. Braziliya dünya çempionu olacaq".





