Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Didye Droqba ilə əvvəlki komandası "Şanxay Şenhua" (Çin) arasında uzun müddətdi davam edən narazılıqlara son qoyulub. Futbolinfo.az xəbər verir ki, FİFA "sarı-qırmızılar"ın ulduz oyunçusunu sevindirən qərar çıxarıb.
 
Maraq üçün bildirək ki, pulunun ödənilməməsi səbəbiylə Çin klubu ilə müqaviləni birtərəfli qaydada ləğv edən Droqba bundan dərhal sonra "Qalatasaray"la anlaşmışdı. "Şanxay Şenhua" isə bu transferin qanunsuz olduğunu əsas gətirərərək həm Droqbadan təzminat tələb etmiş, həm də "sarı-qırmızılılar"ı oyunçusunu əlindən aldığına görə FİFA-ya şikayət etmişdi.
 
FİFA bu məsələni araşdıraraq Droqbanın haqlı olduğu, Çin klubunun isə ulduz futbolçuya  12 miyon avro ödəməli olduğu haqda qərar çıxarıb. Bu qərarın ardından Çin klubunun İdman Arbitraj Məhkəməsinə müraciət etməsi gözlənilir.
Shares: