FIFA prezidenti Yozef Blatter heç cür özünü Madrid “Real”ının forvardı Kriştianu Ronaldoya bağışlatdıra bilmir. Futbolinfo.az xəbər verir ki, qurum rəhbəri portuqaliyalıya dəfələrlə zəng etsə də, futbolçu telefona cavab verməyib.
Qeyd edək ki, tərəflər arasındakı inciklik Blatterin Lionel Messinin Ronaldodan daha yaxşı olduğunu və ikincinin bərbərdə daha çox vaxt keçirdiyi deməsindən sonra başlamışdı. Bundan inciyən ulduz qolçu Blatterin cavabını meydanda verdiyini bildirmişdi.
Məlumatınız olsun ki, Avropa mətbuatı Kriştianunun “Qızıl Top” mükafatının təqdimetmə mərasiminə də qatılmayacağını iddia edir.





