Fransa yığmasının və “Arsenal”ın hücumçusu Olivye Jiru milli komandasının Braziliyada keçiriləcək mundiala getmək şansları haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, hücumçu "DÇ 2014"ə vəsiqə qazanmaq üçün ölümünə mübarizə aparacaqlarını bildirib:
 
“Biz Brazilyaya vəsiqə qazanmaq üçün meydanda ölməyə hazırıq. Mən ilk oyunda alınan nəticəyə görə heyfslənirəm. Bu, artıq bizim üçün şərəf məsələsidi. Əminəm ki, rəqib hər hansı bir sürprizə hazır deyil. Meydanda sərt bir oyun gedəcək. Rəqib əlindən gələni edəcək ki, məğlub olmasın. Fransanın dünya çempionatına yollanacağına inanıram. Bu məsələnin əksini düşünmək belə istəmirəm”.
 
Xatırladaq ki, Ukraynada keçirilən ilk görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdılar.
Shares: