“Mançester Siti” klubu İngiltərə çempionşip təmsilçilərindən olan KPR-in qapıçısı Julio Sezarla maraqlanır. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Manuel Pelleqrininin Co Hartı əsas heyətdən çıxarmasından sonra Premyer Liqa təmsilçisi yeni qolkiper axtarışlarına da çıxıb.
 
Qış “transfer pəncərəsi”ndə “Siti” bu il KPR-də oynaya bilməyən 34 yaşlı qolkiperi almağa çalışacaq. Xatırladaq ki, bir müddət Sezarın karyerasını “Fiorentina”da davam etdirə biləcəyi də yazılırdı.
Shares: