"İnter" və "Simurq" klublarının "qardaşlığ"ından xəbəri olmayan yəqin ki, yoxdu. Amma bu "qardaşlığ"a deyəsən, göz dəyib.
 
Etibarlı mənbədən futbolinfo.az saytına daxil olan məlumata görə, Topaz Premyer Liqasının 13-cü turunun "İnter" – "Simurq" matçından sonra bankirlərin hücümçusu Baçana Sxadadze ilə qonaqların baş məşqçisi Georgi Çıxrazde arasında münaqişə yaranıb. Məlum olmayan səbəblər üzündən münasibətləri korlananan tərəflərin bir-birini danışdırmadığı deyilir.
 
Düzdü, Çıxradze saytımıza müsahibəsində bu xəbəri təkzib etməyə çalışdı. Lakin səs tonundan bu haqda danışmaq istəmədiyi bəlli idi. Hər halda od olmayan yerdən tüstü çıxmaz.
 
KƏMALƏ İSMAYILOVA
Shares: