"Atletiko"nun (Madrid) türk yarımmüdafiəçisi Arda Turan Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə klubunun çalışdırıcısı Dieqo Simeoneni müqayisə edib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu iki mütəxəssis haqda bunları deyib:
"Terim özünü sübut etmiş baş məşqçidi. Dünyanın ən yaxşı çalışdırıcılarından hesab olunur. Simeone hələlik məşqçi kimi yenidi. Ancaq o, çox istəkli və gəncdi. İkisi də çox fərqli çalışdırıcıdı. Mən xoşbəxtəm ki, ikisi ilə də işləyirəm".
Arda sonda hazırda ən çox bəyəndiyi oyunçuların Andres İniyesta və Məsut Özil olduğunu bildirib.





