"Real" (Madrid) "Mançester Siti"nin futbolçusu Serxio Aqueronun transfer məsələsini yenidən gündəmə gətirib. Futbolinfo.az xəbər verir ki, “Kral Klubu” argentinalı futbolçu üçün bu dəfə 60 milyon avrosundan keçməyə hazırdı.
 
Xəbəri Britaniya mətbuatı yayıb. Xəbərdə bildirilir ki, Karlo Ançelotti Kərim Benzema və Alvaro Morata ilə birlikdə hücum xəttində Aqueranı görmək istəyir.
 
Qeyd edək ki, 2011-ci ildə  38 milyon funt qarşılığında "Atletiko"dan "Mançester Siti"yə transfer olunan ulduz futbolçunun “şəhərlilər”lə 2017-ci ilə qədər müqaviləsi var.
Shares: