Milli komandamızda Berti Foqts dönəmi bitdi. Alman çalışdırıcı Bişkekdə Qırğızıstanla oyundan sonra müəmmalı danışsa da, onun taleyi həll olunub.
Bildiyimizə görə, hazırda yığmanın düşərgəsində Foqtsun qalacağını əks etdirən ab-hava izlənsə də, onun gedəcəyi çoxdan qətiləşib. Bu posta “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da gəlməyəcək. Nə o, nə də özunu çoxdan bu postda “görən” Böyükağa Hacıyevin namizədliyi qısaca müzakirə olunsa da, seçim əcnəbi üzərində saxlanılıb.
Futbolinfo.az-a çox etibarlı mənbədən verilən xəbərə görə, kimlyi gizli saxlanılan yeni baş məşqçi Foqtsdan da nüfuzlu birisidi. Onunla danışıqlar hələ yayda yekunlaşıb və tərəflər sadəcə alman çalışdırıcının müqaviləsinin bitməsini gözləyir.





