21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin 8-ci qrupunda növbəti oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın da daxil olduğu bu qrupda Makedoniya yığması evdə Norveçlə üz-üzə gəlib.
 
Qarşılaşmada 4 qol vurulub. Norveçlilər səfərdə 3:1 hesablı qələbəyə seviniblər.
 
Bu qələbə sayəsində Norveç yığması Makedoniya və Azərbaycan komandalarını qabaqlayıb və yığmamız sonuncu sırada yer alıb.
 
1 Portuqaliya 4 4 0 0 14 4 +10 12
2 İsrail 5 3 0 2 17 11 +6 9
3 Norveç 6 2 0 4 9 17 –8 6
4 Makedoniya 4 1 1 2 3 5 –2 4
5 Azərbaycan U21 5 1 1 3 5 11 –6 4
Shares: