"Kəpəz"in sabiq baş məşqçisi Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi
– 1-ci Divizionun son turunda "Lokomotiv"ə məğlubiyyətdən sonra istefa verdiyinizi açıqladınız. Lakin "Kəpəz"in prezidenti Mehman Allahverdiyev öncəki açıqlamalarında sizi postunuzda saxlayacaqlarına söz vermişdi. Necə oldu ki, rəhbərlik sonradan istefanızı qəbul etdi?
– “Lokomotiv”lə oyundan sonra istefa qərarımı Mehman Alahverdiyevə bildirdim. O, isə, cavabında "baxarıq" dedi. O gündən bəri evdəyəm, istirahət edirdim. Komandanın düşərgəsinə də getmirdim. Görünür, düşünüblər və istefamın hər iki tərəf üçün münasib qərar olduğu qənaətinə gəliblər.
– Artıq komandanın baş məşqçi postu Azər Məmmədova tapşırılıb. Sizcə, o, komandaya nə dərəcədə xeyri olacaq?
– Fikrimcə, Məmmədovun komandaya çox xeyri dəyəcək. İnanıram ki, komandanın yaxşı çıxış etməsi üçün əlindən gələni əsirgəməyəcək.
– Klub prezidenti sizin "Kəpəz"də başqa vəzifəyə təyin olunacağınızı açıqlayıb. Hansı vəzifəni tutacaqsız?
– Vallah, hələ bu barədə Mehman müəllimlə heç bir söhbətim olmayıb. Özüm də hansı vəzifəyə təyin olunacağımı bilmirəm.
– Vallah, hələ bu barədə Mehman müəllimlə heç bir söhbətim olmayıb. Özüm də hansı vəzifəyə təyin olunacağımı bilmirəm.
– "Lokomotiv"lə oyunda siz "Neftçi"nin gödəkcəsində görünməyinizlə də diqqət mərkəzinə düşmüşdüz. Sizcə, bir komandanı digər klubun gödəkcəsində meydana çıxarmaq nə dərəcədə düzgündü?
– Bunu hamı əlində bayraq edib. Elə bil "Neftçi"nin forması azadlıq formasıdı. Mən 15 il "Neftçi"də oynamışam. "Kəpəz"də də formalar var. Sadəcə, o formalar əynimə olmadığına görə, "Neftçi"nin gödəkcəsini geyindim. Evdə nə qədər istəsəz, "Neftçi"nin forması var.
– Bir müddət əvvəl sizi "Qəbələ"nin də gödəkçəsində görmüşdük. Maraqlıdı, qarderobunuzda daha hansı klubların gödəkçələri var?
– (gülür) "Kəpəz"lə "Şəmkir"in də formaları var.
– "Neftçi"nin yeni baş məşqçisi Nazim Suleymanov özünə köməkçi axtarır. Olmaya "Neftçi"nin gödəkçəsində gəzməyiniz, bu istefanız paytaxt klubuna mümkün gedişinizlə bağlıdı?
– Öncə Nazim müəllimi bu təyinat münasibətilə təbrik edirəm. "Neftçi" kimi komandanın sükanı arxasına keçib. Ona işlərində uğurlar arzu edirəm. O, "Neftçi"ni uğurlara daşıyacaq bir məşqçidi. Bunu sizə tam əminliklə deyirəm. Amma bu klubdan mənə heç bir təklif gəlməyib.
– Öncə Nazim müəllimi bu təyinat münasibətilə təbrik edirəm. "Neftçi" kimi komandanın sükanı arxasına keçib. Ona işlərində uğurlar arzu edirəm. O, "Neftçi"ni uğurlara daşıyacaq bir məşqçidi. Bunu sizə tam əminliklə deyirəm. Amma bu klubdan mənə heç bir təklif gəlməyib.
– Belə bir təklif olsa, necə dəyərləndirərsiz?
– Vallah bilmirəm. Gərək konkret bir şey ola ki, mən də fikir bildirəm.
EMİN SƏFƏROV





