Fransa Futdol Federasiyasının (FFF) prezidenti Noel Le Qre  milli komandanın  "DÇ 2014"-ə vəsiqə qazanmasından dərhal sonra baş məşqçi Didye Deşamın yığmadakı taleyinə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, prezident qəti şəkildə bildirib ki, baş məşqçi ilə yeni müqavilə imzalanacaq.
 
Oyundan sonra jurnalistlərə müsahibə verən Le Qre Deşamın müqaviləsinin 2016-ci ilə qədər uzadılacağını bildirib.
 
Qeyd edək ki, Fransa 2016-cı ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.
Shares: