DÇ-2014-ün pley-off matçında Ukraynanı devirən (3:0) Fransanın başı ağrıya bilər. Futbolinfo.az xəbər verir ki, xoruzların ikinci qolu açıq-aşkar oyundan kənar vəziyyətdən vurulub.
İlk oyunda 0:2 məğlub olan fransızların həmin topu sayılmasaydı, bəlkə də müabrizənin nəticəsi başqa cür olacaqdı. Bütün Avropa mətbuatı qarşılaşmanın hakimini tənqid etməyə başlayıb.
Bu hadisə DÇ-2010 üçün də pley-off oynayan Fransa ilə bağlı daha bir analoji hadisəni yada salır. Belə ki, o vaxt fransızlar İrlandiya ilə qarşılaşmada Terri Anrinin əllə saxlayıb ötürməsini verdiyi qol nəticəsində mundiala vəsiqə qazanmışdı.
Qeyd edək ki, məsələni UEFA prezidentinin məhz fransalı (Mişel Platini) olması ilə əlaqləndirənlər də var.





