Serbiya milli komandasının baş məşqçisi Sinişa Mihayloviç istefa verib. Futbolinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin yeni iş yeri İtaliya “Sampdoriya”sı olacaq.
Mihayloviç 1994–1998-ci illərdə futbolçu kimi çıxış etdiyi komandanı indi də çalışdırıcı olaraq uğur dalınca aparacaq. Mihayloviç millidən ayrılmasına təəssüfünləndiyini bildirib.
Qeyd edək ki, Sinişa Mihayloviç 2012-ci ildə baş məşqçi təyin olunduğu Serbiya yığmasına 2014-cü il dünya çempionatına vəsiqə qazandıra bilməyib. Onun müqaviləsi noyabrın sonunadək nəzərdə tutulmuşdu.
Serbiyalı mütəxəssis “Sampdoriya”da noyabrın 11-də istefaya göndərilmiş Delio Rossini əvəzləyəcək. 12 turdan sonra klub İtaliya A seriyasında 9 xalla 18-ci pillədə qərarlaşıb. Mihayloviç daha öncə İtaliyanın “Fiorentina”, “Kataniya” və “Bolonya” klublarının baş məşqçisi olub, “İnter”də isə Roberto Mançiniyə kpməkçilik edib.





