21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin həkimi Arif Fərəcovun futbolinfo.az saytına müsahibəsi
– Futbolçuların gündəlik idman rejimi necə olmalıdı?
– Öncə normal yuxu rejimi olmalıdı. Beyin tam dincəlməlidi. Bizim bəzi futbolçular gecə 3-4-ə kimi internetdə otururlar, səhər də saat 11-12-də oyanırlar. Bu, düzgün deyil. Gecə yuxusu çox vacibdi. Daha sonra qidalanmaya fikir verilməlidi. Gecə 3-də yatan futboçu günorta 12-də səhər yeməyi yeməməlidi. Bir stəkan çay içib məşqə çıxmaq düzgün deyil. Qidalanma yaxşı olmasa, normal məşq etmək mümkün olmaz.
– Bizim futbolçular arasında yuxu rejimini pozanlara rast gəlmisizmi?
– Bilirsiz ki, mən U-21-in həkimiyəm. Bizdə ciddi nəzarət var. Təlim-məşq toplanışı bir həftə davam edir və bu vaxt ərzində futolçular nəzarət altında olurlar. Amma onların çıxış etdiyi klublarda nə işlə məşğul olduqlarını bilmirəm. Yəni mən yalnız gənclər yığmasının toplanışı zaman olanları deyirəm.
– Bir çox futbolçularımız qəlyan və ya siqaretdən istifadə edirlər. Hətta bəziləri qəlyanın xeyirli olduğunu deyir. Siz bir həkim kimi qəlyanın hansı xeyirli xüsusiyyətlərinin olduğunu açıqlaya bilərsiz?
– Siqaretlə qəlyanın ziyandan başqa xeyri yoxdu. Düzdü, bəzi futbolçular deyirlər ki, qəlyan ziyan deyil. Amma bu, absurd fikirdi. Qəlyan da, siqaret də ağ ciyərə çox ziyandı. Ağ ciyər nə qədər təmiz olarsa, onların həyat tutumu bir o qədər çox olar. Harda yazılıb ki, qəlyan ziyanlı deyil? Gətirib göstərsinlər, mən də bilim. Əksinə, qəlyan daha çox ziyandı.
– Siqaretlə qəlyanın ziyandan başqa xeyri yoxdu. Düzdü, bəzi futbolçular deyirlər ki, qəlyan ziyan deyil. Amma bu, absurd fikirdi. Qəlyan da, siqaret də ağ ciyərə çox ziyandı. Ağ ciyər nə qədər təmiz olarsa, onların həyat tutumu bir o qədər çox olar. Harda yazılıb ki, qəlyan ziyanlı deyil? Gətirib göstərsinlər, mən də bilim. Əksinə, qəlyan daha çox ziyandı.
– Bəs əgər futbolçu özü qəlyan çəkmir, amma yanında kimsə çəkirsə, bu, həmin oyunçu üçün nə dərəcədə ziyanlıdı?
– Çox ziyanlıdı. Hesab edin ki, bir nəfər çəkmir, amma ətrafında oturan 3 nəfər çəkir. Həmin otaqdakı zəhərlənmiş hava çəkməyən adama daha çox ziyandı, nəinki çəkənlərə.
– Futbolçunun spirtli içki içməsi nə dərəcədə doğrudu?
– Normal idmançı spirtli içki içməz. Bu bədənə toksik təsir göstərir. Toydan-toya cuzi miqdarda istifadəsi olar. Vəssalam.
– Öz iş praktikanızda hansısa futbolçunun içki, qəlyan və ya siqaret istifadə etməsini görmüsüz?
– Yenə deyirəm, millinin toplanış dövründə belə hala rast gəlməmişəm. Amma o futbolçuların çıxış etdiyi klublarda nələr etdiyini görməmişəm. Ona görə deyə bilmərəm.
KƏMALƏ İSMAYILOVA





