"Fənərbaxça"nın şərəfini qoruyan azərbaycanlı futbolçu Mirkamil Həşimov bu komandanın əsas heyətinə dəvət edilib. Futbolinfo.az xəbər verir ki, həmyerlimiz əsas komanda ilə birgə məşqlərə qatılıb.
İstanbul təmsilçisinin U-19 komandasında çıxış edən Mirkamildən başqa 6 futbolçu da Ərsun Yanalın seçimi ilə əsas heyətə dəvət edilib.





